Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 12 ailə, 55 nəfər köçürülüb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, sakinlərə evlərin açarları təqdim edilib.
Açarların təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov vurğulayıb ki, sakinlərin rahat yaşayışı və məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindəndir və vətəndaşların işlə təminat məsələsi aidiyyatı dövlət qurumlarının nəzarətindədir.
***
13.02
Növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Təzəbinə kəndinə bu mərhələdə yataqxana və digər inzibati binalarda yaşayan daha 12 ailə – 55 nəfər köçürülüb.
***
11.58
Növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Təzəbinə kəndinə bu mərhələdə yataqxana və digər inzibati binalarda yaşayan daha 12 ailə – 55 nəfər köçürülür.