• 18 °C
|

Moskva müxaliflərin həbsi fonunda Ermənistandakı vəziyyəti diqqətlə izləyir

23 Oktyabr 2025
img

Moskva “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan və Gümrü meri də daxil olmaqla, müxalif siyasətçilərin həbsi fonunda Ermənistandakı vəziyyəti diqqətlə izləyir.

APA “Armenia Today”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, baş verənlər Ermənistanın daxili işidir.

Zaxarova qeyd edib ki, bundan əvvəl Berd, Gorus və Vanadzor icmalarının rəhbərlərinə qarşı da cinayət işləri başlanıb.

XİN rəsmisi ümidvar olduğunu bildirib ki, bu proseslər məhkəmə sisteminə inamın azalmasına gətirib çıxarmayacaq.

Diplomat əlavə edib ki, vəziyyət 2026-cı ilin iyununa planlaşdırılan parlament seçkilərinə hazırlıq fonunda xüsusilə həssas olur.