• 8 °C
|

Rusiya ordusunun Xersona hava zərbələri nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb – YENİLƏNİB

24 Oktyabr 2025
img

Rusiya ordusunun Xersona endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı artıb.

APA “Unian”a istinadən xəbər verir ki, hücum nəticəsində daha bir qadının ölümü təsdiqlənib.

Ölənlərin sayı 3-ə çatıb, xəsarət alanların sayı isə 14-dür.

***

11:24

Səhər saatlarında Rusiya ordusunun Xersona endirdiyi hava zərbələri nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Unian” vilayətin hərbi administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, yaralananlar arasında 16 yaşlı yeniyetmə də var.