
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Donbas və "Novorossiya" bölgələrindən kənarda da əraziləri niyə nəzarətdə saxladığını izah edib.
APA xəbər verir ki, diplomat bu barədə Macarıstanın “Ultrahang” adlı YouTube kanalına müsahibəsində danışıb.
“Əslində biz artıq Konstitusiyamıza daxil edilmiş bölgələrdən kənarda da müəyyən ərazilərə nəzarət edirik. Bunun sadə bir səbəbi var, bizə bufer zona lazımdır,” – deyə Lavrov vurğulayıb.
Nazir həmçinin Ukraynada atəşkəs çağırışlarına münasibət bildirib.
Onun sözlərinə görə, bu cür təşəbbüslər “sadəcə vaxt qazanmaq cəhdidir”.