
Moskva istiqamətində uçan 18 Ukrayna pilotsuz uçuş aparatı vurulub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib.
O, gecə ərzində Moskvaya uçan 18-ci dronun vurulduğunu söyləyib.
Qeyd edək ki, Moskvaya dron hücumu bir neçə saatdır ki, davam edir. Son iki saat ərzində 17 dronun məhv edildiyi bildirilib.
Moskva vilayətinin Ramenskoye, Kolomna, Klimovsk, Troitsk, Podolsk, Voskresenskoe, Aprelovka və Domodedovo şəhərlərində partlayışlar olduğunu bildirirlər.
Domodedovo hava limanı dron hücumu təhlükəsi səbəbindən bağlanıb.
***
23:16
Rusiya paytaxtına dron hücunu həyata keçirilir.
APA-nın Moskva bürosu xəbər verir ki, paytaxtın cənub hissəsində güclü partlayış səsləri eşidilib.
Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemləri tərəfindən beş pilotsuz uçuş aparatının vurulduğunu bildirib.