• 19 °C
|

Litva Belarusla sərhəd-keçid məntəqələrini bağlayıb

27 Oktyabr 2025
img

Litva hökuməti Belarusla sərhəddəki iki keçid məntəqəsini qeyri-müəyyən müddətə bağlayıb.

APA xəbər verir ki, bu tədbir Vilnüs Beynəlxalq Hava Limanının məcburi bağlanmasından sonra mütəmadi olaraq tətbiq edilir.

Bundan əvvəl Litvanın Baş naziri İnqa Ruqiniene ölkə hökumətinin Belarusla fəaliyyət göstərən son iki sərhəd-keçid məntəqəsini bağlamaq qərarına gəldiyini açıqlamışdı.

Oktyabrın 22-də Litvanın hava məkanını pozan meteoroloji balonlar vasitəsilə siqaret qaçaqmalçılığı insidentləri baş verib. Bu səbəbdən Litva Belarus tərəfinə rəsmi etiraz notası göndərib.

Qeyd edək ki, Litva əvvəllər Belarusla sərhəddə uçuşlara da qadağa qoymuşdu.