• 20 °C
|

Növbəti köç karvanı Xocalının Təzəbinə kəndinə çatıb

28 Oktyabr 2025
img

Köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Təzəbinə kəndinə 17 ailə – 72 nəfər köçürülüb.