• 15 °C
|

Putinin xüsusi nümayəndəsi Ukraynada bir il ərzində sülhün bərqərar olacağına inanır

29 Oktyabr 2025
img

Rusiya-Ukrayna müharibəsi bir il ərzində bitəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Səudiyyə Ərəbistanında investisiya konfransında bildirib.

“Biz əminik ki, sülhə doğru addımlayırıq və sülh yaradanlar olaraq biz buna nail olmalıyıq”, – Dmitriyev deyib.

Ukraynada bir il ərzində sülhün bərqərar edilib-edilməyəcəyi ilə bağlı suala isə Rusiya Prezidentinin xüsusi nümayəndəsi belə cavab verib: “Mən buna inanıram”.

“İnsanlar hazırda Rusiya ətrafında mövcud olan münaqişəyə fokuslanıblar, amma biz bunun daha böyük bir münaqişəyə çevrilməsini istəmirik. Buna görə də indi etdiyimizdən daha yaxşısını ortaya qoymalıyıq”, – Dmitriyev vurğulayıb.

Qeyd edək ki, Dmitriyev ötən həftə Vaşinqtonda ABŞ rəsmiləri ilə görüş keçirib.