30 Okt 2025

Moskvanın Vnukovo və Domodedovo hava limanlarında, eləcə də Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl hava limanlarında hava hərəkətinə məhdudiyyətlər tətbiq edilib.
APA xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artyom Korenyako məlumat verib.
Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu deyilir.