
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində dağıntı altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 2000-ci il təvəllüdlü Vəliyev Qurban Cəfər oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
13.24
Babək rayonunun Nehrəm qəsəbəsində daş hasarın uçması nəticəsində bir nəfər ölüb.
Bu barədə APA-nın Naxçıvan bürosu xəbər verir.
Ölən şəxsin 2000-ci il təvəllüdlü Vəliyev Qurban Cəfər oğlu olduğu bildirilir.
***
12:52
Naxçıvanda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.
Belə ki, yük avtomobili yükü hasarın ətrafına boşaldan zaman hasar uçub.
Nəticədə, bir nəfər uçqun altında qalıb.