• 12 °C
|

Azərbaycan cüdoçusu İslamiadada qızıl medal qazanıb

9 Noyabr 2025
img

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Apasport.az-ın xəbərinə görə, 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva bu gün döşək üzərinə çıxıb.

Təmsilçimiz finalda özbəkistanlı Xurşida Razzokberdieva ilə qarşılaşıb və rəqibini məğlub edərək qızıl medalın sahibi olub.