
Bundestaqdakı CDU/CSU və Sosial Demokrat Partiyası fraksiyaları yeni hərbi xidmət modeli üçün qanun layihəsi ilə bağlı razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə Bild qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hakim partiyalar müəyyən yaşda olan bütün kişilərin tibbi müayinədən keçməsini tələb etmək istəyirlər. Xidmət üçün seçilənlərin isə könüllü olması gözlənilir.
Əgər Bundesverin əsgərlərinin sayının planlaşdırılan artımını ödəmək üçün kifayət qədər yeni əsgər yoxdursa, tibbi müayinədən keçən kişilər püşkatma yolu ilə işə xidmətə qəbul ediləcəklər.
Fraksiyalar bütün detalları 13 noyabrda keçiriləcək fövqəladə iclaslarda müzakirə edəcəklər.
Almaniya Müdafiə Nazirliyi 2035-ci ilə qədər Bundesverin sayını təxminən 183.000-dən 260.000-ə çatdırmağı hədəfləyir.