• 16 °C
|

Rusiyanın keçmiş Baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib

17 Noyabr 2025
img

Rusiyanın keçmiş Baş naziri Mixail Kasyanov terrorçular və ekstremistlər siyahısına daxil edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə “Rosfinmonitorinq”in saytında məlumat yerləşdirilib.

Bundan başqa, həmin siyahıya "Novaya Gazeta: Avropa"nın baş redaktoru Kirill Martınov və iqtisadçı Sergey Quryev də daxil edilib.

Qeyd edək ki, Kasyanov 2000-2004-cü illərdə Rusiya Hökümətinin sədri vəzifəsində çalışıb.