• 12 °C
|

Mikayıl Cabbarov: Energetika sektoru üzrə görülmüş işlər yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır

19 Noyabr 2025
img

Energetika sektoru üzrə görülmüş işlər yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, icrası tamamlanmış və ya 2027-ci ilədək reallaşması nəzərdə tutulan 2 QVt civarında sənaye miqyaslı 8 günəş və külək elektrik stansiyası üzrə təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiyanın cəlb edilməsi iqtisadi artıma töhfə verməklə yanaşı, yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır: “Xəzər – Qara dəniz – Avropa” və “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə sazişlərin imzalanması və bu istiqamətdə işlərə başlanması strateji enerji qovşağı olan ölkəmizin etibarlı enerji ixracatçısı və yaşıl investisiyalar məkanı kimi rolunu daha da gücləndirəcək”.