• 29 °C
|

Göygöldə ağır yol qəzası baş verib, ölənlər var

20 Noyabr 2025
img

Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində baş verib.

İlkin məlumata görə, iki nəfər hadisə yerində ölüb, xəsarət alanların da olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.