• 24 °C
|

Çexiyada sərnişin qatarı qəzaya uğrayıb, 42 nəfər xəsarət alıb

20 Noyabr 2025
img

Çexiyada sərnişin qatarı qəzaya uğrayıb.

APA AFP-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 42 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Qəza Ceske Budejovice şəhəri yaxınlığında baş verib.

Hadisənin necə və hansı səbəbdən baş verdiyi ilə bağlı məlumat verilməyib.