• 13 °C
|

PAŞA Sığorta KASKO sığortalı müştərisinə iri həcmli ödəniş edib

21 Noyabr 2025
img

PAŞA Sığorta şirkəti Tam KASKO sığortalı müştərisinə 61 959 AZN sığorta ödənişi həyata keçirib. Qəza sürücünün ani diqqətsizlik səbəbindən idarəetməni itirməsi nəticəsində baş verib.

Qeyd edək ki, Tam KASKO sığortası avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşyalar, heyvanların hərəkəti, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər zamanı avtomobilə dəyən zərəri qarşılayır.