26 Noy 2025

Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda sərhəd məsələləri də gündəmdədir.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, proses kifayət qədər çətindir və vaxt tələb edir.
“Biz sərhədin necə müəyyən ediləcəyindən danışırıq. Sərhədi heç bir evin və ya şosenin ortasından keçirmək olmaz. Buna görə də tərəflər müəyyən həll yolu tapmağa çalışırlar. Proses mürəkkəbdir və tez həll olunmur”, — deyə Tramp vurğulayıb.