• 13 °C
|

“Şimal-Cənub” dəhlizi üzrə yük dövriyyəsi 5 mln. tona çatdırılacaq

26 Noyabr 2025
img

Azərbaycanda beynəlxalq dəhlizlərin inkişafına dair bir sıra layihələr həyata keçirilir.

APA-Ecomomics” xəbər verir ki, bunu MDB-ə üzv dövlətlərinin dəmir yolu nəqliyyatı şurasının 83-cü iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, keçən il Azərbaycan və Rusiya “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit daşımalarının inkişafı üzrə əməkdaşlıq haqqında saziş imzalayıb:

“Sənəd dəmir yolu infrastrukturunun modernləşdirilməsini və yük axınının mərhələli şəkildə artırılmasını nəzərdə tutur. Məsələn, 2028-ci il yanvarın 1-dən etibarən bu marşrut üzrə yük dövriyyəsini 5 milyon tona çatdırmağı planlaşdırırıq, sonrakı mərhələdə isə bunu illik 15 milyon tona qədər artırmaq niyyətindəyik.

Dəhlizin Azərbaycan hissəsində infrastrukturun yenilənməsi üzrə işlər fəal şəkildə davam edir. Cari ilin sonuna qədər Sumqayıt–Yalama xəttinin yenidən qurulması başa çatdırılacaq, paralel olaraq Ələt–Osmanlı–Astara xəttində tikinti və bərpa işləri aparılır”.