• 13 °C
|

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, açarlar təqdim olunub – FOTO – VİDEO – YENİLƏNİB-1

26 Noyabr 2025
img

Bu gün Kəlbəcər şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub.

APA-nın yerli bürosu xəbər verir ki, Kəlbəcər şəhərinə köçürülən 27 ailəyə (112 nəfər) mənzillərin açarlarının təqdim edilməsi mərasimində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

***

15.47

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb.

APA xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə, 27 ailə (112 nəfər) köçürülüb.

***

06.31

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər) köçürülür.

İndiyə kimi Kəlbəcərə cəmi 108 ailə (450 nəfər) köçürülüb.

Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.