
Avropa İttifaqı Şurası müdafiə satınalma prosedurlarının sadələşdirilməsini, müdafiə layihələri üçün icazələrin sürətləndirilməsini və müdafiə sənayesi şirkətləri üçün daha çevik şərtlərin yaradılmasını nəzərdə tutan “Omnibus V” paketini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Şuranın internet saytında dərc olunmuş açıqlamada deyilir.
"Aİ-yə üzv dövlətlərin nümayəndələri bu gün Şuranın təhlükəsizlik və müdafiə satınalmaları sahələrində müəyyən müddəaların sadələşdirilməsinə, müdafiə investisiyalarının təşviq edilməsinə və müdafiə sənayesi üçün bazar şəraitinin yaxşılaşdırılmasına yönəlmiş təkliflər paketi ilə bağlı mövqeyini təsdiqlədilər. Bu təkliflər Aİ-nin tənzimləyici sadələşdirmə gündəliyinin bir hissəsi kimi “Omnibus V” qanunvericilik paketini təşkil edir", – sənəddə deyilir.