01 Dek 2025

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
APA xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə – 177 nəfər köçürülüb.
Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.