• 9 °C
|

Polşa hava məkanına qoyulan məhdudiyyətlərin tarixi uzadılıb

28 Noyabr 2025
img

Polşada Ukrayna və Belarus sərhədləri yaxınlığında Polşa hava məkanının müəyyən hissələrindən istifadəyə qoyulan məhdudiyyətlər 9 mart 2026-cı il tarixinə qədər uzadılıb.

APA xəbər verir ki, bu barədə Polşanın Hava Naviqasiya Xidmətləri Agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu məhdudiyyətlərin əvvəlki qüvvədə olma müddəti 9 dekabr tarixinə qədər idi.