30 Noy 2025

Ermənistanda məhkəmə bütün ermənilərin katolikosu II Qareginin (Ktriç Nersisyan) qardaşı və qardaşı oğlunun həbs müddətini uzadıb.
APA “Sputnik Armeni”ya istinadən xəbər verir ki, Gevork Nersisyan barəsində həbs-qətimkan tədbiri daha iki ay, onun oğlu Ambartsum üçün isə üç ay müddətinə uzadılıb.
Ata və oğul noyabrın 3-də həbs olunublar. Onlara Vaqarşapatda keçirilən seçkilərdə Qərbyönlü “Respublika” partiyasının seçkiqabağı təşviqatına mane olmaqda ittiham irəli sürülüb.