• 10 °C
|

Fransa XİN: Ukraynadakı korrupsiya sülh prosesinə mane olmamalıdır

30 Noyabr 2025
img

Ukraynada mövcud korrupsiya halları münaqişənin siyasi həlli prosesinə təsir göstərməməlidir.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro La Tribune Dimanche qəzetinə müsahibəsində bildirib.

“Korrupsiya ilə bağlı işlər səlahiyyətli qurumlar tərəfindən araşdırılmalıdır və sülhün əldə edilməsi prosesinə qarışmamalıdır”, – Barro vurğulayıb.