• 12 °C
|

Aİ ilə regionda yeni reallıqlar fonunda yaranan əməkdaşlıq imkanları müzakirə olunub

2 Dekabr 2025
img

Energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziçlə görüşüb.

APA-Economics” xəbər verir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç ilə səmərəli müzakirələr apardıq. Strateji enerji tərəfdaşlığımızın Cənub Qaz Dəhlizi, Yaşıl Enerji Dəhlizi layihələri, enerji səmərəliliyi, hidrogen və digər prioritet istiqamətlərinin inkişafını, eləcə də regionda yeni reallıqlar fonunda yaranan əməkdaşlıq imkanlarını dəyərləndirdik”, – paylaşımda bildirilib.