• 12 °C
|

Kreml: Putin və Uitkoff danışıqlarının mahiyyətinin açıqlanmaması barədə razılığa gəlinib

3 Dekabr 2025
img

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov Vladimir Putinin Kremldə Stiv Uitkoff və Cared Kuşnerlə söhbətinin beş saat davam etdiyini təsdiqləyib.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremldəki danışıqların yekunu ilə bağlı brifinqdə danışan Uşakov Rusiya və ABŞ-ın Putin və Uitkoffun Kremldə apardığı danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəldiklərini söyləyib.

Kreml rəsmisi tərəflərin sülhdən uzaq olmadığını qeyd edib.