• 12 °C
|

Lökbatanda avtomobilin yanması nəticəsində bir nəfər ölüb – YENİLƏNİB

3 Dekabr 2025
img

Bakı şəhərinin Qaradağ rayonunda "DongFeng" markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

07:56

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanıb.

APA xəbər verir ki, yanğın zamanı avtomobilin içərisində 1 nəfərin yanmış meyiti aşkar edilib.