
Vaşinqton Ukraynaya yardıma artıq öz büdcəsindən pul ayırmır.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Onun sözlərinə görə, NATO ABŞ-dan silah alır və daha sonra həmin silahları Kiyevə çatdırır.
“Biz ümumiyyətlə bu müharibəyə pul xərcləmirik, hər şeyi NATO-ya satırıq. Artıq bizi əvvəlki prezident Bayden dövründə olduğu kimi talamırlar. Bayden hamıya bizim raketləri, nə istəsələr, pulsuz verirdi, nə etdiyini anlamırdı. İndi isə hər şeyin tam qiyməti ödənilir. Əvvəlcə silahlar NATO-ya gedir, sonra NATO onların paylanması ilə məşğul olur. NATO bizə pul ödəyir”, – Tramp Ağ Evdə jurnalistlərə deyib.