• 25 °C
|

Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb

6 Dekabr 2025
img

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza zamanı 2 nəfər-1999-cu il təvəllüdlü R.Namazov və 2006-cı il təvəllüdlü G.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.