
2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir qeyd edib ki, 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:
– Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
– İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
– Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
– Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;
– Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
– Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
– Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.