• 5 °C
|

Çin XİN: Pekin müstəqil siyasət yürüdür və Ukrayna ilə bağlı mövqeyi aydındır

18 Dekabr 2025
img

Çin müstəqil və sülhpərvər xarici siyasət həyata keçirir, Ukrayna böhranı ilə bağlı mövqeyi isə aydın və ardıcıldır.

APA xəbər verir ki, bu fikirləri brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakun səsləndirib.

Onun sözlərinə görə, Çin ardıcıl şəkildə müstəqil sülhpərvər xarici siyasət kursunu davam etdirir.

Qo Tsyakun vurğulayıb ki, Pekinin Ukrayna böhranına dair mövqeyi dəyişməzdir və dəqiq müəyyən olunub.