
Ukrayna üçün planlaşdırılan 90 milyard avroluq kreditin maliyyələşdirilməsi bu prosesdə iştirak edən ölkələrə ildə təxminən 3 milyard avroya başa gələcək.
APA xəbər verir ki, bu barədə DPA agentliyi Avropa diplomatlarına istinadən məlumat yayıb.
Agentliyin hesablamalarına görə, uzunmüddətli perspektivdə bu, Almaniya üçün illik təxminən 700 milyon avro əlavə xərclər demək ola bilər.
DPA xatırladır ki, milli töhfələrin həcmi hər bir ölkənin iqtisadi gücünə əsasən müəyyənləşdirilir.
Bununla yanaşı, Macarıstan, Slovakiya və Çexiya Kiyevə yardım paketinin maliyyələşdirilməsində iştirakdan azad olunmaları barədə razılığa gəliblər.