|

Kürdəxanıda iki avtomobil toqquşub, 19 yaşlı gənc ölüb – FOTO

21 Dekabr 2025
img

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, “77-GK-835” dövlət nömrə nişanlı “Hammer” və 99-TY 561 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib