• 10 °C
|

La-Manş boğazı ilə Britaniyaya qayıqlarla gələn miqrantların sayı 40 mini keçib

22 Dekabr 2025
img

Cari il ərzində La-Manş boğazı vasitəsilə qayıqlarla Böyük Britaniyaya daxil olan miqrantların ümumi sayı 41 455 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə The Guardian ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, təkcə dekabrın 20-də, La-Manşı kiçik qayıqlarla keçənlərin sayı 800 nəfərdən çox olub ki, bu da cari ilin dekabr ayı üçün rekord göstəricidir.

Qeyd olunur ki, illik rekord göstərici daha əvvəl 2022-ci ildə qeydə alınıb və həmin il Böyük Britaniyaya bu marşrutla 45 755 nəfər daxil olub.