• 10 °C
|

Orban: Brüsselin Rusiyaya qarşı sanksiyaları Avropanı məhv edib

22 Dekabr 2025
img

Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı tətbiq olunan sanksiyaların məqsədinə çatmadığını, əksinə Avropaya ciddi zərbə vurduğunu bildirib.

APA xəbər verir ki, hökümət başçısı bu barədə X hesabında yazıb.

“Brüssel sanksiyaların Rusiyanı çökdürəcəyini vəd edirdi. Bunun əvəzinə onlar Avropanı məhv etdi. Enerji qiymətləri kəskin artdı, rəqabətqabiliyyətlilik zəiflədi və Avropa geri qalmağa başladı”, – Orban qeyd edib.

Baş nazir vurğulayıb ki, bu, yanlış qərarların nəticəsidir və mövcud vəziyyətdə eskalasiyaya deyil, danışıqlara ehtiyac var.