• 9 °C
|

ABŞ Ukraynaya daha çox kəşfiyyat məlumatı verməyə başlayıb

22 Dekabr 2025
img

ABŞ hökuməti Kiyevə daha çox kəşfiyyat məlumatı verməyə başlayıb.

APA xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirib.

Qeyd edək ki, prezident Volodimir Zelenskinin ofisi tərəfindən dərc edilən Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşdən sonra verilən birgə bəyanata görə, mart ayında ABŞ kəşfiyyat məlumatlarının mübadiləsindəki fasiləni ləğv edərək Ukraynanın təhlükəsizliyini təmin etmək üçün yardımı bərpa edib.