• 8 °C
|

KİV: Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb – YENİLƏNİB-2

24 Dekabr 2025
img

Ankarada qəzaya uğrayan "Dassault Falcon 50" tipli təyyarənin qalıqları tapılıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb

***
23:11

Ankarada qəzaya uğrayan “Dassault Falcon 50” tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

APA xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

***
23:01

Liviyanın Baş Qərargah rəisinin olduğu “Falcon-50” tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşlar dayandırılıb.

***
22:54

Ankarada xüsusi təyyarə ilə radar əlaqəsi kəsilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Təyyarədə Liviyanın Baş Qərargah rəisinin olduğu bildirilir.