• 10 °C
|

Ucarda yol qəzasında 4 nəfər xəsarət alıb – FOTO

24 Dekabr 2025
img

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar- Göyçay avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. "VAZ 2106 "markalı minik maşını ilə"VAZ 21011" markalı maşın toqquşub. Nəticədə 4 nəfər– Rasim Novruzov, Şamil Cəbrayılov, Əzizaga Abbasov və Aynur Məhərrəmova xəsarətalaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.