
ABŞ-ın dəstəyi ilə Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında hərbi razılaşmanın elan olunmasına az qalıb.
APA xəbər verir ki, bu barədə anonim mənbə “Syria TV”yə danışıb.
Mənbənin məlumatına görə, Vaşinqton yeni ildən əvvəl razılaşmanın ərsəyə gəlməsi üçün hər iki tərəfə təzyiq göstərir. Sazişin dekabrın 27-dən 3-nə qədər elan edilməsi gözlənilir.
Mənbə əlavə edib ki, razılaşmaya SDQ-nin Suriya ordusuna və Suriya Daxili Təhlükəsizlik Qüvvələrinə inteqrasiyası üçün mexanizm daxildir. Bundan başqa, tərəflər SDQ üçün 3 ayrı hərbi diviziya yaradılması və bu diviziyaların Raqqa, Deyr əz-Zor və Hasaka şəhərlərində Müdafiə Nazirliyinə tabe olacağı gözlənilir.