• 6 °C
|

Ucarda yol qəzası olub, xəsarət alanlar var – FOTO

31 Dekabr 2025
img

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Müsüslü kənd yolunda baş verib.

Hərəkətdə olan "VAZ 2106" və "Nissan" markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 4 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.