• 7 °C
|

PUA hücumu səbəbindən Moskvanın hava limanlarında uçuşlar dayandırılıb

4 Yanvar 2026
img

Pilotsuz uçuş aparatı (PUA) hücumuna görə Moskvanın “Domodedovo”, “Vnukovo” və “Jukovski” hava limanlarında uçuşlar dayandırılıb

APA-nın xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

PUA hücumu ilə əlaqədar Moskvada 200-ə qədər aviareys gecikir.

Qeyd edilib ki, bir sıra reyslər ləğv edilib.