• 5 °C
|

Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

13 Yanvar 2026
img

Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva bürosu Rusiya XİN-ə istinadən xəbər verir ki, səfir Krayevskiyə rusiyalı arxeoloq Butyaginin 2025-ci ilin dekabrında Kiyevin tələbi ilə Varşavada həbs olunması ilə bağlı rəsmi Moskvanın sərt etirazı bildirilib.

Polşa səfirinə Dövlət Ermitaj Muzeyinin əməkdaşı olan dünyaca məşhur rusiyalı arxeoloqun Kerç yarımadasında bir neçə onillikdir tədqiqat apardığını göstərən faktlar təqdim edilib.

“Rusiya Federasiyası vətəndaşının dərhal azad edilməsini və Ukraynaya təhvil verilməməsini tələb edir”, – Rusiya XİN-in məlumatında qeyd olunub.