
ABŞ prezidenti Donald Tramp İran müxalifətinə hansı yardımı göstərəcəyini açıqlamaqdan imtina edib.
APA xəbər verir ki, mətbuat konfransı zamanı jurnalistlərdən birinin “Bu səhər İrana kömək edəcəyini dediniz. Bununla nə demək istədiniz?” sualına Tramp belə cavab verib:
“Üzr istəyirəm. Siz bunu özünüz anlamalı olacaqsınız”.
Tramp İranda neçə etirazçının öldürülməsi ilə bağlı suala cavabında isə bu haqda dəqiq məlumatı olmadığını deyib.
“Heç kim mənə dəqiq rəqəm deyə bilməyib. Bir nəfər də çoxdur. Yəqin ki, növbəti 24 saat ərzində biləcəyik. Düşünürəm ki, çoxdur”, – Tramp deyib.