
2025-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsiməqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 85,4milyard manat olmaqla 2024-cü ilə nisbətən müqayisəliqiymətlərlə 4,9 faiz artıb, ümumi dəyərin 79,2 faizini pərakəndəticarət dövriyyəsi, 17,5 faizini əhaliyə göstərilmiş ödənişlixidmətlərin dəyəri, 3,3 faizini isə ictimai iaşə dövriyyəsi təşkiledib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 4,8 faiz artaraq 81,9 milyard manata bərabər olmuş, onun 47,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.