21 Yan 2026
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin qərbində yerləşən Lorestan əyalətində iğtişaşların 192 təşkilatçısını saxlayıb.
APA xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi İİKK-nın yerli şöbəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Lorestan əyalətində iğtişaşların və qırğınların 192 təşkilatçısı və rəhbəri həbs edilib; onlar ABŞ və İsraildəki terror təşkilatları ilə əlaqəli idilər", – məlumatda bildirilir.