• 2 °C
|

Azərbaycan nümayəndə heyəti C-130 təyyarəsində şəhid olan hərbçi Berkay Karacanın ailəsi ziyarət edib

20 Yanvar 2026
img

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin attaşesi general-mayor Zaur Zeynalov və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan Türkiyə Hərbi Hava Qüvvələrinin baş çavuşu Berkay Karacanın ailəsini ziyarət ediblər.

APA-nın Türkiyə bürosu xəbər verir ki, ziyarət zamanı general-mayor Zaur Zeynalov şəhidin ailəsi ilə yaxından maraqlanaraq onlara başsağlığı verib.

Görüş zamanı Azərbaycan Respublikasının bayrağı şəhidin ailəsinə təqdim olunub.