• 7 °C
|

La Liqa: “Sevilya” – “Valensiya” matçı sülhlə bitdi

12 Yanvar 2025
img

İspaniya La Liqasında bu mövsüm uğursuz çıxışları ilə seçilən iki komanda üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, “Sevilya” dogma meydanda “Valensiya”nı qəbul edib.

Matçın taleyini sons aniyələrdə vurulmuş qol həll edib. 61-ci dəqiqədə qonaqların vurduğu dəqiq zərbəyə meydan sahibləri yalnız 90+3-cü dəqiqədə cavab veriblər – 1:1.

Səfərdə qazanılan xala baxmayaraq, "Valensiya" turnir cədvəlində sonuncu – 20-ci pillədə qalıb. Klubun hesabında 13 xal var. "Sevilya" isə 23 xalla 13-cüdür. La Liqaya hazırda 43 xalla "Real Madrid" başçılıq edir. Paytaxtın digər komandası "Atletiko" kral klubundan 2 xal geri qalsa da, bir oyun az keçirib.