• 7 °C
|

Yəməndə qaz anbarında partlayış olub, ölənlər və yaralılar var

12 Yanvar 2025
img

Yəmənin Əl-Bayda əyalətində qazpaylayıcı stansiyalardan birinin anbarında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

İlkin məlumata görə, partlayışda 60-dan çox insan xəsarət alıb, yeddi nəfəri xilas etmək mümkün olmayıb.

Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Partlayışın səbəbi müəyyənləşdirilir.

“Arabnews” bildirib ki, yanacaqdoldurma məntəqəsi və qaz anbarının partlaması nəticəsində 8 nəfər ölüb, 50 nəfər yaralanıb.