• 27 °C
|

İndoneziyada baş verən torpaq sürüşmələrində ölənlərin sayı 25-ə çatıb

26 Yanvar 2026
img

İndoneziyanın Qərbi Yava əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb.

APA xəbər verir ki, polis sürüşmədə ölənlərin sayının 25-ə çatdığını və onların şəxsiyyətinin müəyyən edilməsi üçün aidiyyəti qurumlara təhvil verildiyini açıqlayıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatları çətin ərazi şəraitinə görə müvəqqəti olaraq dayandırılıb.